AZ

Bastrıkindən qalmaqallı TƏKLİF: ölüm hökmü qaytarılsın

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada ölüm hökmünə qoyulmuş moratoriumun aradan qaldırılması imkanının nəzərdən keçirilməsini təklif edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən forumun plenar sessiyasında məlumat verib.

“Biz ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda ondan istifadə etmək lazımdır və bu hallarda mən ölüm hökmünün tərəfdarıyam”, - deyə Bastrıkin bildirib.

İstintaq Komitəsinin rəhbəri misal kimi “Krokus Siti Holl”da baş vermiş terror aktını göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr