AZ

Astrologiyanın ƏN ŞANSLI 5 BÜRCÜ bəlli oldu- Siyahı

Bir çox insan pul, sevgi, karyera və sağlamlıqla bağlı ulduz falına müraciət edir.

Bizimshow.az Türkiyə mediasına istinadən xəbər verir ki, ən şanslı bürclər məlum olub.

Həmin bürcləri təqdim edirik:

1. Tərəzi

Tərəzi Venera planeti tərəfindən idarə olunur, Venera isə sevgi, gözəllik və harmoniya planetidir. Tərəzilər sosial və cəlbedici şəxsiyyətləri ilə tanınırlar.

Münasibətlərdə və əməkdaşlıqda uğurlu olmaq şansları yüksəkdir. Diplomatik yanaşmaları və ədalət hissi sayəsində ətrafdakılar tərəfindən sevilir və dəstəklənirlər. Bu da onlara şans gətirir.

2. Oxatan

Oxatan astrologiyada ən şanslı bürc kimi tanınır. Bu bürcün hakim planeti Yupiterdir, Yupiter isə bolluq, rahatlıq və şans planeti kimi tanınır.

Oxatanlar ümumiyyətlə müsbət enerjiyə malikdirlər və həyatın gətirdiyi fürsətlərdən asanlıqla yararlana bilirlər. Macərapərəst ruhları və optimist yanaşmaları sayəsində fürsət qapıları həmişə açıqdır.

3. ŞİR

Şir bürcü Günəş tərəfindən idarə olunur və Günəş həyatın enerjisini və canlılığını təmsil edir. Şirlərin liderlik xüsusiyyətləri var var və tez-tez göz oxşayan şəkildə parlamağı sevirlər.

Özlərinə inamları və xarizmaları sayəsində şanslı vəziyyətləri özlərinə çəkirlər. Üstəlik cəsarətləri və qətiyyətləri ilə çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.

4. Qoç

Qoç Mars planeti tərəfindən idarə olunur. Mars isə enerji, hərəkət və cəsarət planetidir. Qoç həmişə yeni başlanğıclar etməyə və fürsətləri ələ keçirməyə hazırdır.

Təşəbbüs göstərməkdən çəkinmirlər və risk alaraq uğur şanslarını artırırlar. Dinamik və iddialı təbiətləri sayəsində şans adətənonların tərəfində olur.

5. Balıq

Balıqları Neptun planeti idarə edir, Neptun isə təxəyyül, intuisiya və mənəvi dərinlik planetidir.

Balıqlar ümumiyyətlə güclü intuisiyaları ilə tanınırlar və bu intuisiya onları doğru zamanda düzgün qərarlar verməyə vadar edə bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
18
yerli.media

10Mənbələr