“Mingəçevir”in İdarə Heyətinin sədri Nurlan Əhmədovun Offsideplus.az– müsahibəsi…
– Yazılanlara inansaq, klub adını dəyişəcək. Bu, doğrudur? – Bəli! Klubun adının dəyişdirilməsi bu il üçün nəzərdə tutulub. “Kür-Nur” olaraq fəaliyyətimizi davam etdirmək istəyirik. Biz artıq müvafiq sənədləri təqdim etmişik. Sadəcə, Ədliyyə Nazirliyindən təsdiqlənməyini gözləyirik. Baş tutarsa, komandamızın adı “Kür-Nur” olaraq dəyişiləcək.- Klubda başqa hansı yeniliklər var?– Hazırda istirahət dövrüdür. Komandanın baş məşqçisi Ədəhim Niftəliyevdir. Onunla davam etmək qərarını vermişik. Bundan başqa, klubun loqosu ilə bağlı müəyyən dəyişikliklərimiz nəzərdə tutulub. Futbolçu axtarışındayıq. Baş məşqçi özü də bu işlə məşğuldur. İstəyimiz odur ki, daha çox yerli futbolçuların köməyindən istifadə edək. Uşaq futbolunun Mingəçevirdə inkişafı üçün müəyyən işlər görülmək üzrədir. Müəyyən yaş qrupları üzrə uşaq futbolunun inkişafı üçün çalışmalar gedir.- Komandanın növbəti mövsüm üçün hədəfləri nədir?– Hər kluba AFFA tərəfindən müəyyən məbləğdə dəstək göstərilir. Bu, yetərli məbləğ deyil. Buna görə də yaxşı komanda formalaşdırmaq və yüksək yerlər uğrunda oynamaq çox çətin bir işdir. Təbii ki, bütün klublar kimi əlavə vəsait tapmaq, sponsorluq və ya hansısa bir şirkətlə əməkdaşlıq etmək bizim də arzumuzdur. Rəhbərlik tərəfindən də axtarışlar gedir. Hazırda iddialı açıqlama verə bilmərəm. Hər şeyi zaman göstərəcək. Hər bir halda komanda ən azından 3-4-cü yerlər uğrundan mübarizə aparacaq.- İnfrastrukturla bağlı dəyişikliklər olacaq? – Əsas məqsədimiz Mingəçevir şəhərinin əvvəlki futbol ənənələrini bərpa etməkdir. Bundan əlavə, uşaq futbolunun bərpasına nail olmaq və gələcəkdə həmin istedadlı futbolçuları komanda üçün istifadə etməkdir. Məqsədlərimizin ən böyüyü demək olar ki, budur. Mingəçevirdə futbol yox olmuşdu.