Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Klinik tibbi protokolların tətbiqinə nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması” mövzusunda təlim keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlimi giriş sözü ilə açan Gəncə ŞBX-nın direktoru İlkin İsmayılov təlim iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva klinik tibbi protokolların tətbiqi, nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması haqqında cıxış edib.
Təlimdə Gəncə TƏB-inə daxil olan rayon mərkəzi xəstəxanalarının direktor müavinləri, Tibbi Şuranın tibbi heyəti, şöbə və bölmə müdirləri iştirak edib.