AZ

Son bir ayda Azərbaycan banklarının əməliyyat mənfəəti 25% artıb

Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 732,6 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Bu illik müqayisə ilə 88,5 milyon manat (13,7%), aylıq müqayisə ilə 147,6 milyon manat (25,2%) çoxdur.

Bu ilin may ayının birinə bankların əməliyyat mənfəəti 585 milyon manat, ötən ilin iyunun 1-nə isə 644,1 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
fed.az

1Mənbələr