AZ

"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Güllər Mürsəl qızı Quliyeva Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının pediatrıdır.
 
 
O, 1967-ci ildə Qax rayonunda anadan olub. 1988-1994-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində Pediatriya ixtisası üzrə təhsil alıb.
 
Güllər Quliyeva 1997-1998-cü illərdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr işləyib. 1999-cu ildən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının ASM şöbəsində həkim-pediatr kimi fəaliyyət göstərib. 2024-cü ildən ASM-nin şöbə müdiri vəzifəsini icra edir.
 
Həkim bir çox beynəlxalq və yerli elmi konfransların iştirakçısı olub.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
aztibb.az

1Mənbələr