AZ

Ues Foderingem “Vest Hem”də

“Şeffild Yunayted”in ingilis qapıçısı Ues Foderingem bundan sonra Premyer Liqa təmsilçisi “Vest Hem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Şeffild Yunayted”lə müqaviləsinin müddəti bu yay başa çatmış Foderingem, “Vest Hem”ə azad agent kimi keçib. 33 yaşlı qolkiper yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Ues Foderingem 2020-ci ilin yayından “Şeffild Yunayted”də forma geyinirdi. Ötən mövsüm 31 matça çıxan qapıçı bu oyunlarda 79 qol buraxıb, cəmi 2 matçda qapısını toxunulmaz saxlayıb.

Foderingemin “Şeffild Yunayted” karyerası bütövlükdə 112 oyun, 149 buraxılmış qol və 39 “quru” matçdan ibarətdir. O, daha öncə “Reyncers”, “Suindon Taun”, Bromli”, “Kristal Pelas” və “Fulhem” kimi klublarda da forma geyinib.

Foderingem vaxtilə İngiltərənin U-16, U-17 və U-19 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı qapıçının transfer dəyərini 900 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Vest Hem” daha öncə Luis Gilyermeni də heyətinə qatdığını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
arena.az

1Mənbələr