AZ

Gəncədə benzinlə dolu qabın üzərilərinə atılması nəticəsində 3 nəfər yanıb

Gəncədə 3 nəfərə yanıq xəsarəti yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisi benzinlə dolu plastik qabı yandıraraq üzərilərinə atılması nəticəsində xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atmışdır.

Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
49
apa.az

10Mənbələr