AZ

Anar Bayramov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi və gücləndirilməsi ilə bağlı müraciətləri dinlənilib.

 

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

 

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

 

Seçilən
27
aztibb.az

1Mənbələr