İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İran Mərkəzi Seçki Komissiyası yayıb.
Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
İkinci turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.
***
İranda prezidentliyə namizədlərdən olan Güney azərbaycanlı Məsud Pezeşkian öndədir.
Musavat.com İran mediasına istinadən xəbər verir ki, bir az öncə İranın Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami sayılmış 19 milyon 697 min 13 bülletendən əldə olunan nəticələri səsləndirib.
Nəticələrə görə, güneyli millət vəkili Məsud Pezeşkian 8,302,577 səslə liderdir.
Onun ardınca 7 189 756 səslə Dini rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ikinci, 2 676 512 səslə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf üçüncü, 158 314 səslə keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi dördüncü sırada qərarlaşıb.