AZ

ABŞ-da prezidentliyə namizədləri hədələyən şəxs ölü tapıldı

Ötən il Respublikaçılar Partiyasından prezidentliyə namizədləri oğurlamaqda və onlara xəsarət yetirməklə hədələməkdə ittiham olunan şəxs Nyu-Hempşir ştatında ölü tapılıb.

Publika.az xəbər verir ki, bu həftə Tayler Anderson adlı şəxsin cavabdeh qismində məhkəməsi başlayıb.

Vəkili Andersona qarşı irəli sürülən ittihamın rədd edilməsi üçün müraciət edib. Vəkil bunun səbəbini izah edərkən müttəhimin öldüyünü bildirib. O, "Artıq heç bir məhkəmə və ya mübahisə yoxdur", - deyə əlavə edib.

Andersonun necə və hansı şəraitdə öldüyü isə açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
publika.az

1Mənbələr