“Zaurla Günaydın” verilişinin növbəti buraxılışında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı-müğənni Sərxan Kərəmoğlu Əməkdar artist Könül Kərimova ilə zarafat etməyə cəhd edib.
O, Kərimovanın efirlərə hər zaman əliboş gəldiyini bildirib:
“Könül xanım həmişə əliboş gəlir. Heç vaxt görmədim ki, nəsə gətirsin”.
Onun sözlərinə əsəbləşən sənətçi isə “Bəsdir, duzsuz zarafatlarını yığışdır. Heç vaxt əliboş gəlməmişəm. Elə etmə ki, səhər-səhər sifətim çönsün. Həyat insanı çox dəyişdirir. Mən də çox dəyişmişəm”, - deyə cavab verib.
Ziyafət Əlisoy