Türkiyənin Mersin vilayətinin Silifke rayonunda "Akkuyu" AES-in işçilərini daşıyan avtobus qəza törədib.
Avtobus qarşı zolağa keçərək digər bir avtobus və minik avtomobili ilə toqquşub.
Nəticədə "Akkuyu"nun iki əməkdaşı ölüb, 35 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.