Özbəkistanda Qlobal Gənclər Festivalı çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Forumu keçirilib.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, tədbirdə dünyanın 92 ölkəsindən 700-dən çox nümayəndə iştirak edib.
Səmərqənddə keçirilən tədbirdə müxtəlif mövzular, o cümlədən gənclərin tərbiyəsində İslam dininin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.
Qlobal Gənclər Festivalı iyunun 26-dan 30-dək Özbəkistanın beş şəhərində: Daşkənd, Səmərqənd, Buxara, Cızak və Xivədə keçirilib. Tədbir 150 ölkədən gənclər təşkilatlarının minə yaxın liderini bir araya gətirib.
Mənbə: AZƏRTAC