AZ

Qarpız tumlarının möcüzəvi faydaları: Əsla atmayın!

Hər kəs qarpız tumlarını ayırmağı zəhlətökən hesab etsə də, əslində sağlamlığımız üçün faydalıdır. 

Ölkə.Az "haber7"yə istinadla xəbər verir ki, qarpızda olan və ona qırmızı rəng verən "likopen" adlı maddə də güclü antioksidantdır. Lakin qarpızın möcüzələri bununla məhdudlaşmır. 

Əvvəlcə bilməlisiniz ki, qarpız tumları çiy halda yeyilməməlidir. Qaynadaraq və ya qovuraraq yeyə bilərsiniz. 

Əvvəlcə qaynadın, sonra isə tuzlayıb qovurun. Mütəxəssislər qarpız tumunun tərkibindəki yağın zərərli olmadığını, lakin duzla qovrulduğu üçün orqanizmdə duzun miqdarını artıra biləcəyini deyirlər.

Bədəndən zəhəri çıxarmaq üçün vaxtilə qarpız toxumlarından istifadə edildiyi bildrilir. Böyrək daşlarını və qan təzyiqini tənzimləməkdə də təsirli olduğu bilinir.

Tərkibində qarpız tumları olan çaydan istifadə etmək həzm sisteminiz üçün də faydalıdır. Toxumun tərkibində olan fol turşusu həzm üçün zəruri olan mədə turşusunun ifrazını tətikləyir.

Qarpız toxumlarının tərkibində olan minerallardan biri də maqneziumdur. Hər 4 qram qarpız toxumunda 21 milliqram maqnezium var.

Maqnezium fermentlərə, hüceyrələrə, əzələlərə, sinirlərə və qan təzyiqinə inanılmaz təsir göstərir. Bundan əlavə, tərkibindəki zülal və kalsium maddələr mübadiləsini tənzimləyir.

Billurə
 

Seçilən
81
29
olke.az

10Mənbələr