AZ

Brüssel Misirə ilk milyardı ayırdı: 40 milyardlıq investisiya sazişləri imzalandı

Avropa İttifaqı Misirə 1 milyard avro ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qahirədə Misir-Avropa İttifaqı investisiya forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, mart ayında Misirlə 7,4 milyard avro məbləğində yardım sazişi imzalanıb və indi ölkədə aparılan iqtisadi islahatları dəstəkləmək üçün vəd edilən məbləğin ilk milyardı Qahirəyə ayrılır.

AK rəhbərinin sözlərinə görə, Misirin iqtisadi sferasında baş verən dəyişikliklər “Misir iqtisadiyyatına investorların daha da çox cəlb edilməsinə” və “ölkədə yeni iş yerlərinin yaradılmasına” kömək edəcək.

“Ümumilikdə, forum iştirakçıları “ümumi dəyəri 40 milyard avro olan 20-dən çox anlaşma memorandumu” imzalamağı planlaşdırır”, - deyə fon der Lyayen əlavə edib.

O, müqavilələrin bir neçə sahəni, xüsusən də “yaşıl hidrogen istehsalı, aviasiya və avtomobil sənayesi və kimya sənayesini” əhatə edəcəyini qeyd edib.

Seçilən
86
2
valyuta.az

10Mənbələr