AZ

Mirziyoyev onu Özbəkistana dəvət etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin 30 iyun - 1 iyul tarixlərində Özbəkistana rəsmi səfəri planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İddia olunur ki, Quterreşin rəsmi səfəri Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutmalıdır.

Səfər çərçivəsində BMT-nin baş katibi bir sıra sənaye və sosial obyektlərə də baş çəkəcək, ikitərəfli görüşlər və tədbirlər keçirəcək.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
teleqraf.com

1Mənbələr