AZ

Berlində Qəzzaya dəstək verənlər saxlanılıb

Yüzlərlə insan Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün Toy məhəlləsindəki Müller küçəsində bələdiyyə binası qarşısında toplaşıb.

Daha sonra nümayişçilər Fələstin bayraqları ilə yürüş edib və əllərində "Fələstinlilərin həyatı önəmlidir", "Atəşkəs indi" və "İsrail tərəfindən 19 mindən çox qadın öldürülüb" yazılı plakatlar və lövhələr tutublar.

Şəkil: AA

Hürriyyət.az xəbər verir ki, əksəriyyəti qadın və uşaqlardan ibarət nümayişçilər “Qəzzada soyqırımı dayandırın”, “Torpaqlarımızı oğurladığı üçün səsimizi çıxarırıq”, “Fələstinə azadlıq”, “Netanyahu terrorçudur” kimi şüarlar səsləndiriblər.

Gesundbrunnen metro stansiyası yaxınlığında keçirilən nümayişə polis müdaxilə edərək çoxlu sayda fəalı saxlayıb.

Bəzi nümayişçilərin əlləri qandallı olarkən, bir fəal polisin müdaxiləsindən sonra huşunu itirib.

Nümayiş təşkilatçıları polisin dinc etirazçılara sərt müdaxiləsi ilə bağlı cinayət işi açacaqlarını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
hurriyyet.az

3Mənbələr