AZ

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Seçilən
122
50
oxu24.com

10Mənbələr