"Sabah" müqaviləsi başa çatan Tellur Mütəllimovla bağlı qərarını verib.
Baş məşqçi Krunoslav Renduliç Premyer Liqa klublarından təkliflər alan müdafiəçinin komandada qalmasını istəyib.
Tərəflər arasında yeni anlaşmaya görə, 29 yaşlı futbolçu daha 2 il "tələbələr"in şərəfini qoruyacaq.
Tellür 2022-ci ilin yayından "Sabah" forması geyinir.
O, bu klubda keçirdiyi 63 matçda 3 qol, 2 asistlə yadda qalıb.
Millimizin üzvü "Qəbələ"nin yetirməsidir.
Təcrübəli arxa xətt oyunçusu "Zirə" və "Sumqayıt"da da çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ