AZ

İbrahim Kalın İsmayıl Haniyə ilə danışdı

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər atəşkəs danışıqlarının son mərhələsini, daimi atəşkəsin təmin edilməsi üçün atılacaq addımları, girovların dəyişdirilməsi və humanitar yardımların çatdırılmasını müzakirə edib.

Seçilən
158
4
axar.az

10Mənbələr