AZ

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Preziden­tinin 2024-cü il 28 iyun tarixli Sərən­camı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmiş­dir.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri müvafiq dairə seçki ko­missiyalarına təqdim edilməli, qanun­vericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparıldıqdan sonra seçki komissiyalarının nəzdində fəaliyyət göstərən işçi qrupunun rəyi də nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olun­malıdır. Namizədliyin qeydə alınması məsələsinə Azərbaycan Respublika­sının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komis­siyası) baxılmasına zərurət yarandığı halda imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün ye­nidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində də mütəxəs­sislərdən ibarət tərkibdə İşçi qrupunun yaradılması zəruridir. 

Bu məqsədlə Azərbaycan Respub­likası Seçki Məcəlləsinin 59.2-ci mad­dəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məh­kəmə Ekspertizası Mərkəzinin ekspert­ləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbay­can Respublikası Hesablama Palatası­nın mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq İşçi qrupu yara­dılmalı, Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri həmin qrupa rəhbər təyin edilməlidir. 

Mərkəzi Seçki Komissiyası Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə uyğun olaraq qəra­ra alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzala­rın və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Mərkəzi Seçki Ko­missiyasının nəzdində Azərbaycan Res­publikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Daxili İşlər Na­zirliyinin, Azərbaycan Respublikası Ma­liyyə Nazirliyinin, Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respubli­kası Hesablama Palatasının mütəxəssis­ləri sırasından ekspertlərdən ibarət İşçi qrupu yaradılsın. 

2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev İşçi qrupunun rəh­bəri təyin edilsin. 

3. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Seçilən
34
1
xalqqazeti.az

2Mənbələr