AZ

Azərbaycanın dəmir yolları da “yaşıl”laşır

Polad magistrallar gələcəyə təmizlik daşımalıdır

Hazırda ölkəmiz dünyada ətraf mühitin sağlamlaşdırılması strategiyasını uğurla gerçəkləşdirən, mühüm ekoloji qərarlarla konkret nəticələr əldə edən bir dövlət kimi tanınır və 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması istiqamətində davamlı addımlar atır. 

Bu göstəricilərin reallaşdırıl­masında əsas məqsəd sənayenin inkişafı fonunda yaranan kimyəvi çirklənmənin insan sağlamlığına və ətraf mühitin korlanmasına sə­bəb olan ciddi risklərin qarşısını almaqdır. 

İqlim dəyişikliyinə gətirib çıxa­ran və genişmiqyaslı səmərəli mübarizə tədbirlərinin gerçəkləşdi­rilməsi zərurəti yaradan ətraf mühi­tin çirklənməsi təbii ki, beynəlxalq aləmdə əhalinin sağlamlığını ciddi təhlükələrlə üz-üzə qoyur. Buna görə hazırda bütün dünyada, eləcə də ölkəmizdə sözügedən proble­min həlli məqsədilə ətraf mühitin qorunması zamanı sosial məsu­liyyət və şəffaf idarəetmə diqqət mərkəzində saxlanılmaqla ESG prinsiplərinə mühüm önəm verilir. 

Yeri gəlmişkən, bu məqamda ESG prinsiplərinin mahiyyətinə qısa nəzər salmağı zəruri hesab edirik. Bunun üçün, ilk növbədə, xatırladaq ki, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqini gerçəkləşdirmək məqsədi daşıyan və beynəlxalq termino­logiyada ESG adlandırılan bu plat­forma, ümumilikdə, biznesin ətraf mühitə, eləcə də cəmiyyətə təsiri­nin şəffaf və etibarlılığını müəyyən­ləşdirən meyarlar, önəmli ideyalar məcmusudur. Başqa sözlə, ESG prinsiplərinin tətbiqi müəssisələr­də ətraf mühitin mühafizəsinə, biznesin rəqabət qabiliyyətinin ar­tırılmasına, xarici investisiyaları­nın qoyuluşuna və istehsal olunan məhsulun ixracına əhəmiyyətli tə­sir göstərir.

Ölkəmizdə ESG prinsiplərinin gerçəkləşdirilməsi məqsədilə döv­lət və özəl sektorun səylərini birləş­dirmək üçün 2022-ci il sentyabrın 30-da Azərbaycan Respublikası­nın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Korporativ idarəetmə, investisiya­lar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) stan­dartları” üzrə altqrupu yaradılıb. Həmin vaxtdan altqrupa rəhbər­lik Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə həvalə edilib. 

Ötən müddət ərzində ESG prinsiplərinin gerçəkləşdirilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi for­malaşdırılıb, eyni zamanda, “Eko­loji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaş­dırılması və təşviqi üzrə 2023 və 2024-cü illər üçün müvafiq yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol xəritəsinin icrası çərçivə­sində ESG sahəsində ölkədə möv­cud vəziyyətin təhlili aparılıb, sor­ğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ-hüquqi çərçi­vələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzər­dən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) də, öz növbəsində, ölkəmizdə iqlim dəyişikliyi ilə mü­barizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək vermək məqsədilə fəaliyyətini ESG prin­siplərinə uyğunlaşdırmağı prioritet istiqamət kimi qəbul edib. Ötən il­dən etibarən BMT-nin Qlobal Sazi­şinə üzv olan ADY ESG-nin ətraf mühit, sosial və korporativ idarəet­mə sahələri istiqamətində fəaliy­yət proqramını daha da təkmilləş­dirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqti­sadiyyatına töhfə verməyi qarşıya mühüm vəzifə kimi qoyub. 

ADY bu gün ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdə yuxarıda vur­ğulanan prioritetlərə üstün yer verir, bu sahədə beynəlxalq qa­nunvericiliyin norma və tələblərinin yerinə yetirilməsini, yüksək ener­jiyə qənaət göstəricilərinə malik olan məhsullardan, o cümlədən istehsal proseslərinin bütün mər­hələlərində enerjinin istifadəsini azaldan ən müasir istehsal texno­logiyalarından və texnoloji avadan­lıqlardan istifadəni diqqətdə saxla­yır, həmçinin tabe müəssisələrin sahələrinin abadlaşdırılması və yaşıllaşdırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi kimi ESG prinsiplərinin gerçəkləşdiril­məsinə sadiqliyini nümayiş etdirir. 

Yeri gəlmişkən, bu gün dün­yada ESG prinsipləri çərçivəsində dəmir yollarının elektrikləşdirilmə­sinə xüsusi əhəmiyyət verilir və bununla da qatarların bərpaolunan eneji mənbələr hesabına hərəkə­tinə, sərnişinlərin isə rahat və təh­lükəsiz səyahətinə imkan yaradılır. 

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin 202 min kilometrlik də­mir yolunun təxminən 57 faizinin elektrikləşdirilməsi göstəricisi də bunun bariz ifadəsidir. Azərbay­canda bu 60 faizdən yüksəkdir.

Hazırda ADY-də də ESG prin­sipləri əsas götürülərək sərnişin­daşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarların­dan səmərəli istifadə edilir. Bu nəq­liyyat qurumu ilə İsveçrənin “Stad­ler Rail Group” şirkəti arasında 2019-cu ildə imzalanmış müqa­viləyə əsasən artıq 4-ü ölkəmizə çatdırılan 10 ədəd yeni qatarın 6-sı elektriklə işləyir. 

“Stadler Rail Group” qatarları yeni nəsil təhlükəsizlik texnologi­yası və bir sıra innovativ mexa­nizmlərlə təchiz olunması ilə xü­susi diqqət çəkir. Bütün bunlar isə sərnişindaşımada hər kəsə bəra­bər imkanlar yaratmağı hədəfləyən ADY-nin inklüziv cəmiyyət prin­siplərinə xüsusi önəm verməsinin, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq komp­leks tədbirlər həyata keçirməsinin parlaq göstəricisidir. Sözügedən qatarların fəaliyyəti sayəsində də­miryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payı isə getdikcə artır. 

ADY-nin rəsmi məlumatlarına əsaslanaraq ölkə dəmir yolunun ESG prinsipləri əsasında fəaliy­yətinə müsbət təsir göstərən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin is­tifadəsini təşviq etmək məqsədilə respublikamızın dəmir yolu stansi­yalarında velosiped dayanacaqları quraşdırılıb.

ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa bö­yük töhfə verir. Bu məqsədlə Yeni Biləcəri lokomotiv deposunun ye­nilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, Yeni Gəncə lokomotiv depo­sunda isə 350 ədəd günəş paneli quraşdırılıb.

Bütün bunlarla yanaşı, son illərdə dəmir yollarının çəkilişi za­manı ətraf mühitə zərər vurulma­ması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılıb. Hər bir yeni layihədə ESG prinsiplərinin ən effektiv şəkildə tətbiqinə üstün­lük verilib. Belə ki, karbon qazının atmosferə atılmasının qarşısının alınması məqsədilə Horadiz–Ağ­bənd xəttinin 85-ci kilometrliyində Mincivan stansiyasının yaxınlığın­dakı meşəlik ərazinin zərər gör­məməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıl­mış şəkildə ağacların yeri həssas­lıqla dəyişdirilib, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməməsinə çalışılıb. 

Bundan başqa, dəmir yolu zolağı boyunca yaşıl örtüyün qo­runması və ağacların əkilməsinə də xüsusi diqqət yetirilib. Belə ki, Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər ağaclar əkilib.

ADY artıq respublikada qatar­lara kağız biletlərin satışının da­yandırılması prosesinə başlayıb və bu istiqamətdə ilk layihə Ab­şeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlarda reallaşdı­rılıb. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mo­bile” tətbiqi istifadəyə verilib. Həm­çinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsulların­dan istifadə etməklə onlayn bilet ala bilmələri üçün aparılan işlər son mərhələyə daxil olub. 

Görülmüş tədbirlər nəticəsində hazırda sərnişinlərin 70 faizi bi­letləri onlayn qaydada əldə edir. Müqayisə üçün qeyd etmək lazım­dır ki, 2 il əvvəl bu göstərici il üzrə 28 faiz idi. Bundan başqa, “Wi-Fi” zonalarının yaradılması istiqamə­tində də müəyyən addımlar atılır. ADY şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifa­də edir. 

ADY “Yaşıl dünya naminə həm­rəylik ili” çərçivəsində 2024-cü ildə də yeni texnologiyalar və rəqəm­sallaşdırmanın tətbiqini sürət­ləndirərək CO2 və digər zərərli emissiyalarla mübarizəyə prioritet istiqamət kimi yanaşır, eləcə də bərpa olunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir və eko­loji məsuliyyətini daha da artıraraq bütün maraqlı tərəflərlə həmrəy ol­mağa can atır.

V.BİNYƏTOĞLU
XQ

Seçilən
103
1
xalqqazeti.az

2Mənbələr