AZ

İran kimi seçəcək: Pezeşkianı, yoxsa Cəlilini?

İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.

İran mediası xəbər verir ki, nəticələrə əsasən birinci turda islahatçı Məsud Pe­zeşkian və mühafizəkar Səid Cəlili öndə­dir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda müba­rizə aparacaqlar.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkian 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
xalqqazeti.az

1Mənbələr