AZ

Biz nə üçün tərləyirik?

Tərləmənin əsas funksiyası insan bədəninin temperaturunun tənzimlənməsidir.
 
Aztibb.az xəbər verir ki, beyində yerləşən və temperaturun tənzimlənməsində məsul olan hipotalamus adlı orqan normal bədən istiliyini orta hesabla 35,5 və 37°C arasında saxlayır. Bunun üçün o, dəri və daxili orqanlardakı reseptorlardan gələn siqnallara diqqət edir. Soyuq olduqda o titrəmə, isti olduqda isə tərləmə mexanizmini işə salır.Ətraf mühit və ya bədən istiliyi yüksəldikdə hipotalamus, tər vəzlərini aktivləşdirir. Bədənin hər yerində yerləşən bu vəzlərin tərkibində əsasən natrium və kalium duzları olan sudan ibarət tər ifraz edir. Dərinin səthindən tərin buxarlanması bədənin soyumasına səbəb olur, çünki bu proses dəridən alınan istilik hesabına baş verir.
 
Həmçinin orqanizmin zərərli maddələrdən təmizlənməsi yollarından biri də tərləmədir. Bu vəziyyətdə tər köməkçi element kimi qəbul edilə bilər, cünki sidik sistemi toksinlərin çıxarılmasının əsas funksiyasını öz üzərinə götürür.
 
Tər təbii olaraq bədənin su-duz balansının dəyişməsində iştirak edir. İnsan nə qədər çox tərləsə bir o qədər su və duz itirir. Dərinin üzərindəki vəzlərin ifraz etdiyi yağla qarışan tər dərini xarici təsirlərdən qoruyan nazik təbəqə əmələ gətirir. Bu dərinin səthində zərərli mikrob və bakteriyaların çoxalması üçün əlverişsiz olan turşulu bir mühit yaradır.
 
Sağlam bir insan, normal bir temperaturda, gündə təxminən 500-700 ml tər istehsal edir. Yüksək səviyyədə fəaliyyət, stres və ya istiliklə bu rəqəm 2-3 litrə qədər arta bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
aztibb.az

1Mənbələr