AZ

Murat Yakın: “İtaliya üzərində qələbədən həzz almaq vacibdir”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün 1/8 finalında İtaliya yığması üzərində qələbəni (2:0) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz çox vacib oyunu qazandıq və əsas olanı da budur. Sabah nə olacağı isə başqa bir sualdır. Bəli, qalib gəldik, amma önəmli olan necə oynadığımızdır. Meydannın hər yerində üstün olduq və gərkli məqamlarda qollar vurduq. Mən qabağa baxmıram. Əldə etdiyimiz nəticələrdən həzz almaq üçün vaxt ayırmaq vacibdir”, deyə Murat Yakın vurğulayıb.

Beləliklə, İsveçrə yığması 1/4 finala yüksəlib və rəqibinin intizarındadır. Cari Avropa çempionu adından məhrum edilmiş İtaliya yığması isə kor-peşman evə qayıdır.

Seçilən
128
arena.az

1Mənbələr