AZ

Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, qəzada həlak olan 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.
Belə ki, "Ford" markalı avtomobillə toqquşan VAZ-21015-də həlak olanlar - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.
Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Həlak olan Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.
Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.
Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı "Ford" markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
oxu.az

10Mənbələr