AZ

Luis de la Fuente: “Gürcüstan millisi fantastik komandadır”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün 1/8 finalının Gürcüstan millisi ilə oyunu ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sanyol Gürcüstan millisi ilə fantastik iş görüb. O, futbolda zəngin təcrübəyə malikdir. Bizim gözəl münasibətimiz var və mən, işlərin onun üçün yaxşı getdiyinə çox şadam. Ona uğurlar diləyirəm. Başabaş oyunda isə biz qələbəyə oynayacağıq.
Mən Gürcüstan futbolu ilə yaxşı tanışam. Müxtəlif nəsil gürcü futbolçuları tanıyırdım. Mən Gürcüstan futbolunun inkişafını izləmişəm, indi isə siz onların milli komandalarının oyunçularının necə tərəqqi etdiyini və müxtəlif Avropa çempionatlarında mübarizə apardıqlarını görə bilərsiniz”, deyə Luis de la Fuente rəqib haqda ehtiramla danışıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İspaniya – Gürcüstan oyunu bu gün, iyunun 30-da Kölnün “Reyn Energi” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr