AZ

Avstriya Fransa ilə Niderlandı qabaqladı! - REPORTAJ

D qrupu
N 29. Niderland – Avstriya 2:3 (0:1)

1. Bart Verbrüggen
5. Natan Ake
(15. Mikki van de Ven, 65)
4. Vircil van Diyk (k)
6. Stefan de Vrey
2. Lutşarel Geertröyda
16. Coui Verman
(7. Xavi Simons, 35)
24. Yerdi Sxuten
14. Ticani Reynders
(8. Corcinyo Viynaldum, 65)
11. Kodi Qakpo
10. Memfis Depay
18. Doniell Malen
(9. Vut Veqhorst, 72)

Ehtiyat oyunçular
13. Yustin Beylov
23. Mark Flekken
3. Matteysde Liqt
12. Ceremi Frimponq
17. Deyli Blind
19. Brayan Brobbi
20. Yan Maatsen
21. Coşua Zirkzee
22. Denzel Dyumfris
25. Steven Berqveyn
26. Rayan Qravenberx
Baş məşqçi: Ronald Kuman

13. Patrik Pents
8. Aleksander Prass
2. Maksimilian Veber
15. Filipp Linhart
(19. Kristof Baumqartner, 62)
5. Ştefan Poş
10. Florian Qrilliç
(14. Leopold Kverfeld, 64)
6. Nikolas Zayvald
23. Patrik Vimmer
(20. Konrad Laymer, 63)
9. Marsel Zabitser (k)
18. Romano Şmid
(24. Andreas Vaymann, 90+2)
7. Marko Arnautoviç
(11. Mixael Qreqoriç, 78)

Ehtiyat oyunçular
1. Haynts Lindner
12. Niklas Hedl
3. Qernot Trauner
4. Kevin Danso
16. Filipp Mvene
17. Florian Kaynts
21. Flavius ​​Danilyuk
22. Mattias Zaydl
25. Maksimilian Entrup
26. Marko Qrüll
Baş məşqçi: Ralf Ranqnik

Qollar: D.Malen, 6-öz qapısına (0:1). K.Qakpo, 47 (1:1). R.Şmid, 59 (1:2). M.Depay, 75 (2:2). M.Zabitser, 80 (2:3).
Vərəqələr: Ş.Poş, 32. P.Vimmer, 33. L.Kverfeld, 90+4 - sarı.
Hakimlər: İVAN KRUJLYAK, Branislav Hantsko, Yan Pozor (hamısı Slovakiya).
VAR hakimləri: Marko Frits, Kristian Dinkert (hər ikisi Almaniya), Neyts Kaytazoviç (Sloveniya).
25 iyun. Berlin. “Olimpiaştadion” stadionu. 68363 tamaşaçı (71000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Marsel Zabitser.

oyunun statistikası
11 (2) qapıya (“çərçivə”yə) zərbə 9 (5)
10 qayda pozuntusu 16
5 künc zərbəsi 2
1 ofsayd 1
0 (0) sarı (qırmızı) vərəqə 3 (0)
52 topa sahibolma (faizlə) 48
429 (364) ötürmə (dəqiq) 396 (322)
108,1 məsafə (km) 111,9

Niderland yığması Avstriya ilə oyundan əvvəl qruplarda 3-cü yeri tutan ən yaxşı 4 komandadan biri kimi 1/8 finala vəsiqəni təmin etmişdi. Avstriya isə pley-offa çıxmaq üçün bir xala ehtiyac duyurdu. Almaniyanın yaşıl meydanlarında sərgilədiyi dinamik və cəsarətli oyunla neytral futbolsevərlərin rəğbətini qazanan Ranqnikin komandası Berlində əla nəticəyə nail oldu.

“Ağ-qırmızılar”ın ilk dəqiqədən başlayan hücumları çox keçmədən nəticə verdi: hücumçu Malen Prassın zərbəsindən sonra təhlükəni sovuşdurmaq istəsə də, topu öz qapısına yönəltdi. Qapısından erkən qol buraxan niderlandlılar dərhal təşəbbüsə yiyələnərək tezliklə hesaba tarazlıq gətirməyə çalışdılar. Kumanın komandası fasiləyə qədər Pentsin qoruduğu qapı qarşısında bir neçə dəfə real təhlükə yaratdı. Lakin Reyndersin zərbəsi dəqiq alınmadı, səhvini düzəltmək istəyən Malen qapıçıyla təkbətək qaldığı epizodu boşa verdi, Depayın baş zərbəsini isə Linhart zərərsizləşdirdi. İlk hissə mərkəzi avropalıların minimal üstünlüyü ilə sona çatdı.

Nəhayət, fasilədən sonra Simonsun ötürməsi ilə Qakpo cavab qolunu vurdu. “Narıncılar”ın bir qədər diqqətsizliyindən rəqib dərhal yararlandı. Şmidin qolundan sonra da böyük qüvvə ilə irəli atılan Niderland yığması Depay ilə yenidən hesabı bərabərləşdirdi. Amma avstriyalılar da hücuma-hücum prinsipindən əl çəkmədilər və kapitan Zabitser nəfəs kəsən matçda komandasının üçüncü dəfə önə keçirdi. Niderland yığması son 40 ildə ilk dəfə rəsmi oyunda Avstriyaya məğlub oldu. Ranqnikin komandası ardıcıl ikinci məhsuldar oyunla xalını 6-ya çatdırmaqla qrupu lider kimi başa vurdu. Belə ki, digər matçda Fransa Polşadan yalnız bir xal ala bildi. Niderland isə 4 xalla 3-cü yerin sahibi kimi pley-offa adladı. Avstriya 1/8 finalda Türkiyə, Niderland Rumıniya ilə qarşılaşacaq. Hər iki oyun iyulun 2-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
football-plus.az

1Mənbələr