AZ

“Napoli” 6 futbolçusu ilə vidalaşdı

İtaliyanın “Napoli” klubu əsas komandanın bir neçə futbolçusu ilə yollarını ayırdığı haqqında rəsmi bəyanatını ictimailəşdirib.

Arena.az bu barədə Neapol təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

“Eşşəkciklər” 6 futbolçu ilə yollarını ayırıb. Qapıçılar – italyan Pyerluici Qollini və polyak Hubert İdasyak, polyak mərkəz yarımmüdafiəçisi Pyotr Zelinski, dayaq yarımmüdafiəçiləri – belçikalı Leander Dendonker və alman Dieqo Demme, həmçinin ivuarlı hücumameylli yarımmüdafiəçi Hamed Traore “Napoli”nin düşərgəsini tərk ediblər.

“Biz onların hər birinə Neapolda qaldıqları müddətdə peşəkarlıqlarına və “Napoli”yə bağlılıqlarına görə təşəkkür etmək istərdik. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”, – klubun rəsmi bəyanarında deyilir.

Vurğulanır ki, klub 2023/2024-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi qismində çıxış etdiyi yarışlarda düçar olduğu uğursuzluqlardan nəticə çıxarıb və hazırda, növbəti mövsümə iddialı komanda qurur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
arena.az

1Mənbələr