AZ

“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Könül Baxşəliyeva

“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan, mürəkkəb vəziyyətlərdə xəstələrə yardım edərkən tez bir zamanda düzgün qərarlar verməyi bacaran həkim Könül Vahid qızı Baxşəliyevanı oxuculara təqdim edirik.
 
O, 1970-ci ildə Tərtər rayonunda anadan olub. 1990-1996-cı illərdə N. Nərimanov adına Tibb İnstitutunda Pediatriya ixtisası üzrə təhsil alıb. 1997-ci ildə internaturanı Bakı şəhər 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklə Xəstəxanasında pediatriya ixtisası üzrə bitirib.
 
Könül Baxşəliyeva 1998-2000-ci illərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində həkim-pediatr, 2000-2017-ci illərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri, 2020-ci ildə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində çağırışçı həkim vəzifələrində çalışıb. 2023-cü ilin avqust ayından etibarən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Talış kənd bölməsinin bölmə müdiri kimi fəaliyyətin davam etdirir.
Seçilən
99
aztibb.az

1Mənbələr