AZ

Hipermetropik astiqmatizm nədir? 

Hipermetropik astiqmatizm gözün optik sistemlərinin fərqli əyrilik radiusu səbəbindən torlu qişada işıq şüalarının vahid fokusunun olmaması ilə səciyyələnən xəstəlikdir. Patologiyanın əsas əlamətlərinə görmə itiliyinin azalması, diskomfort, gözlərin həddindən artıq yorulması, baxılan obyektin təhrif olunması aiddir. Diaqnozun qoyulması üçün vizometriya, kerato-refraktometrik müayinə, biomikroskopiya, duoxrom testi, paximetriya, keratotopoqrafiya, Raubiçek və Snellen fiqurları ilə testlər, fuziya ehtiyatlarının ölçülməsi daxildir. Konservativ müalicə eynək və ya kontakt linzaların taxılmasından ibarətdir. Cərrahi müdaxilə buynuz qişa və büllurun əyriliyinin bərpasına yönəldilir.


Aztibb.az xəbər verir ki, oftalmoloq Emin Əlihüseynlinin sözlərinə görə, hipermetropik astiqmatizmin qazanılmış formasının əsas səbəbləri aşağıdakılardır:


• Buynuz qişanın xəstəlikləri. Buynuz qişa toxumasının zədələndiyi xəstəliklər, o cümlədən çapıq, xora, endotelial distrofiya hipermetropik astiqmatizmə gətirib çıxarırlar. Dərin keratit istisna olmaqla, iltihabi proseslər bu cür ağırlaşmalarla müşayiət edilmir.


• Büllurun patologiyaları. Refraksiya anomaliyaları büllurun üzvi zədələnmələrinə səbəb olur. Ən geniş yayılmış etioloji amil kataraktadır. Koloboma və psevdoeksfoliativ sindromda oxun astiqmatik dəyişikliyi müşahidə oluna bilər.


• Yatrogen müdaxilələr. Refraksiya anomaliyası buynuz qişada və ya büllurda aparılan cərrahi müdaxilələrdən sonra uzaq post-operasion dövrdə inkişaf edə bilər. Əsas meyillik yaradan faktor tikişlərin qeyri-bərabər dartılmasıdır.


• Göz almasının travmaları. Gözün nüfuzedici yaralanmaları buynuz qişa və bülluru deformasiya edən sinexiyalar, sərt çapıqların formalaşması ilə nəticələnir. Optik mühitlərin üzərində yaranan üzvi qüsurlar işıq şüalarının ötürülməsinə maneə törədir.

 

Müalicə taktikası pasiyentin yaşına və dəyişikliklərin ifadə dərəcəsinə müvafiq şəkildə tərtib olunur. 4 yaşına çatmayan uşaqlarda zəif və orta dərəcəli astiqmatizm eynək vasitəsilə korreksiya edilir. Yüksək dərəcələrdə eynək korreksiyası ağırlaşmaların inkişafına gətirib çıxardığından sərt sferik və torik linzalar məsləhət görülür. Onlar hər bir xəstənin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanılır. 14 yaşından yuxarı uşaqlara və böyüklərə həm eynək, həm də kontakt linzalar təyin edilə bilər.


Görmə disfunksiyasının konservativ korreksiya üsulları arzuolunan nəticə vermədikdə cərrahi müalicəyə eytiyac yaranır. Əməliyyatın 18-20 yaşdan tez olmamaqla aparılması məqsədəuyğundur. Belə ki, bu dövrdə görmə sistemi tam formalaşmış olur. Hipermetropik astiqmatizmli xəstələrdə cərrahi əməliyyatlar həyata keçirilir.

 

Seçilən
85
aztibb.az

1Mənbələr