AZ

Mərdəkanda 3 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Mərdəkanda 3 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Seçilən
170
7
sonxeber.az

10Mənbələr