Gəncə şəhərində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.
Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir - red) vurub.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta