AZ

Suriyada terrorçuların hücumu zamanı bir neçə hərbçi həlak olub

Suriya ordusunun azı dörd hərbçisi Şərqi Homs əyalətində terroçuların silahlı hücumu zamanı həlak olub.

"Report" "Sham FM" radiostansiyasına istinadən xəbər verir ki, hərbçilər İŞİD terror təşkilatının yaraqlıları tərəfindən pusquya salınıb.

Atışma Tel-Şehab rayonunda hökumət qüvvələrinin postu yaxınlığındakı magistral yolda baş verib, ölənlər arasında leytenant rütbəli zabit də var.

Əraziyə Suriya qoşunlarının xüsusi təyinatlıları cəlb olunub, terrorçuların hücumu dəf edilib.

Seçilən
267
8
korrespondent.az

9Mənbələr