AZ

AVRO-2024: İngiltərə hesabı bərabərləşdirdi -YENİLƏNİB-2

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşan İngiltərə hesabı bərabərləşdirib.

“İki sahil” xəbər verir ki, yarışın 90+5-ci dəqiqəsində Jude Bellingham bərabərlik qolunu vurub.

Komandalar əlavə vaxtda mübarizə aparacaqlar.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə 1-1 Slovakiya

Qollar: İvan Şranz 25 (0-1), Jude Bellingham 90+5 (1-1)

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə ilə Slovakiya oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində İvan Şranz fərqlənib.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə 0-1 Slovakiya

Qol: İvan Şranz 25 (0-1)

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İngiltərə ilə Slovakiya qarşılaşır.

“İki sahil” xəbər verir ki, Helzenkirhendəki "Feltins Arena"da keçirilən görüşü Türkiyədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Halil Umut Melerdir.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə 0-0 Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
ikisahil.az

3Mənbələr