İzmirin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 63 nəfər də yaralanıb.
******
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında partlayış baş verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Partlayışa səbəbin qaz sızması olduğu güman edilir.
Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun