AZ

Azərbaycanda metro və avtobuslarda qiymət artdı, Aİ-92 benzini və dizel bahalaşdı

Azərbaycanda metro və bəzi avtobus marşrutlarında gediş haqqı bahalaşıb.

Bu barədə Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarlarında bildirilib.

Metroda bir gedişin qiyməti 10 qəpik artırılaraq 50 qəpik olub.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 10 qəpik artırılaraq 50 qəpik təyin edilib.

Şəhərlərarası avtobus marşrutlarında isə gediş haqqı hər kilometr üçün 3.7 qəpik olmaqla təyin edilib.

Qərarda həmçinin deyilib ki, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri də müəyyən edilib, lakin bu barədə ətraflı məlumat verilməyib.

Qiymət artımı ilə əlaqədar RİTN qərarında "ən optimal variant" seçildiyini deyib.

Aİ-92 benzini və dizelin qiyməti artdı

Aİ-92 markalı avtomobil benzininin qiyməti 10 qəpik artırılaraq 1,10 manat, dizelin qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Dizelin qiymətinin artması onun "daha yüksək ekoloji zərərli olması və daha çox benzin istehlakına keçilməsi" məqsədi ilə izah edilib.

Ümumilikdə isə qiymət artımının "hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcəyi ehtimal edilib.

Bundan başqa, bərk məişət tullantılarının idarə edilməsi və bəzi dərman vasitələrinin qiymətləri barəsində də qərarlar qəbul edilib.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək, Tarif Şurası bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
bbc.com

1Mənbələr