“Neftçi” srağagün Roman Qriqorçuku baş məşqçi postuna gətirdi.
Mütəxəssisin vaxtilə “Qəbələ”də çalışması, azərbaycanlı futbol adamlarına tanış sima olması azarkeş reaksiyalarının məzmununa təsir göstərib. “Neftçi” camiəsi bu təyinatı ruh yüksəkliyi ilə qarşılayıb.
“Xeyirli olsun, görək bu virusu komandanın canından çıxara bilər, ya yox. Ümid edirik ki, biz fanatlar da komandanın oyunundan razı qalacağıq. Uğurlar, “Neftçi”.
“İndi daha dəqiq bilinəcək kim kimdi. Bu məşqçiylə mövsümü uğursuz kecirmək bütün rəhbərliyi və futbolçuları aparıb azdirmaqla nəticələnməlidi”.
“Neftçi”ni diriltsə-diriltsə, bu dirildəcək”.
“Təbrik edirəm “Neftçi”liləri, doğru seçimdi. Qalır bircə yarıtmaz idarəçilikdən əl çəkib, bu kişiyə endirimdə olan oyunçular verib hörmətsiz yola salmamaq”.
“Yaxşı ki, Qriqorçukla müqavilə bağlanıb. İmkan verin “Neftçi”nin bundan sonra axırıncı məşqçisi elə o olsun”.
“Xeyirli-uğurlu olsun. Məncə, əla transferdi. Çempion olmasalar belə, Qriqorçuk çempionata xüsusi rəng qatacaq. 2-ci yer uğrunda amansız mübarizə gedəcək. Amma “Neftçi”də Müşahidə Şurası birmənalı şəkildə ləğv edilməlidi. Xalqın komandası xalqa qaytarılmalıdı”.
“Maksimal nəticə verəcəyinə inanmıram. Amma yenə də bu mövzuda yanılmaq istəyərdim. Hər şeyi zaman göstərəcək. “Neftçi”də özəl üstünlük təkcə milli çempionatda oynaması olacaq. Çünki avrokubokda digər klublar əlavə enerji itirəcəklər”.
“Çox güman, Qriqorçuk əla seçimdi, ən azı çempionatimiza bələd olan biridi. Yaşayarıq, görərik. İnşallah, bu dəfə yanılmarıq, tam əksinə, sevinərik, “xoş gəldin” deyək”.
“Axır ki 5 ilin başında normal, nəsə bilən bir məşqçi gətirdiz. İndi bu kişiyə normal oyunçular və əsas da yaxşı şərait yaratmaq lazımdı. Ən əsası işinə qarışmamaq, oyunçuları özü seçsin və özü cavabdeh olsun. Nəsə barmaq edib 6 aydan sonra göndərməyin, işini bilən adamdı bu. Uğurlar”.
“Heyəti məşqçi yox, başda oturanlar yığacaqsa, Mourinyo, Ançelotti gəlsə də, xeyri yoxdu”.
“Klubun büdcəsindən pul silmək üçün transferlər etməyib, vicdanla komanda qurulsa, uğurlar gələcək. Onsuz da böyük oğurluqlar cəzalandırılmır, transferlərə toxunmasınlar. Oğurlayan futbola qarışmadan elə-belə oğurlasın”.
“Yaxşi seçim oldu sonunda. O qədər küsdürmüsüz ki, adam sevinə də bilmir. Amma çox ümid edirem ki, yaxşi nəticələrə doğru aparar komandanı. Xeyirli olsun”.
“Torbasını neçə aya tikməyi planlamısız?!”
“Yaxşı seçimdi. Bu məşqçiyə simpatiyam yüksəkdi, hara gedibsə, uğurlu nəticə əldə edib. “Neftçi”də belə olmasa, deməli, problem rəhbərlikdədi. İşinə müdaxilə olmasa, qazanc məqsədi ilə transferlər həyata keçirməsələr, bu kişi “Neftçi”ni daha yüksək səviyyəyə qaldıra bilər”.
“Super məşqçidi, baximli oyun mexanizmi, taktikasi var, çox tələbkardı. “Qarabağ” azarkeşi olaraq, həqiqətən sevindim “Neftçi” adına. Amma rəhbərlik bu adamin işinə qarişmasın qətiyyən”.
“Qəbələ”də çox gözəl kollektiv yaratmışdı. Baxımlı oyun da oynadırdı. Məşqiçinin işinə qarışan olmasa, 2 il ərzində normal komanda yaradar inşallah”.
“2 ildi Qriqorçuk və Vernidub deyirik, nəhayət ki”.
"Qəbələ"də tarix yazan adamı gətirmək möhtəşəm həmlədi”.
“Böyükağa Haciyevdən sonra normal məşqçi. Bu məşqçinin işinə qarışmasın Kamil kimilər”.
“Xeyirli-ugurlu olsun! Qriqorçukun işinə müdaxilə edilməməlidir. İmkan verilməlidi ki, işini görsün. Bir də heç kim bu mövsüm Qriqorçukdan çempionluq gözləməsin, çünki yeni komanda formalaşdırmaq üçün vaxt lazımdı. Yeni futbolçularla, yeni sistemə alışmaq üçün ən azı 4-5 ay vaxt lazım olacaq”.
“Axır ki “Neftçi” son illərdə bir dəfə ağıllı qərar verdi. Çox
rəqabətədavamlı komanda quracaq. “Neftçi” özünə gələcək”.
GÜNAY SÜLEYMANOVA