Partlayıcı ilə doldurulmuş pilotsuz təyyarənin partlaması nəticəsində 1 İsrail hərbçisi ağır yaralanıb, daha 17 hərbçi xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə İsrailin nəzarətində olan Qolan təpələrinin şimal hissəsində baş verib.
Yaralanan bütün hərbçilər xəstəxanaya təxliyə edilib.