Bu gün İndex.az xəbər saytının 5 yaşı tamam olur.
İndex.az 2019-cu il iyulun 1-də fəaliyyətə başlayıb.
Saytın yaradılmasında məqsəd ölkə və dünya iqtisadiyyatının bütün sahələrində baş verən əhəmiyyətli son xəbərləri oxucularına çatdırmaqdır. Portalın oxucuları gündəlik olaraq ölkədə, regionda və dünyada baş verən iqtisadi, o cümlədən maliyyə, bank və sığorta, energetika, turizm və biznes sektoruna aid ən vacib xəbərlərlə tanış olmaq imkanı əldə edir.
Portal bütün bunlarla yanaşı, sosial xəbərlər, kənd təsərrüfatı sahəsi və avtomobil dünyasında baş verən yenilikləri də oxucularının diqqətinə çatdırır. Həmçinin, oxucular portalda aktual iqtisadi mövzularla bağlı müsahibələri və analitik məqalələri oxuya bilərlər.
Bundan başqa, İndex.az iqtisadiyyat, maliyyə və biznes portalı iqtisadi maarifçilik xarakterli yazılar yayımlamaqdadır. İqtisadiyyat və maliyyə sektoruna aid xəbərlər hazırlamaqla yanaşı, digər etibarlı agentlik və portalların xəbərlərinə də istinad edilməklə yayımlanır.
Portal tam olaraq müstəqil media siyasəti həyata keçirir və hər bir oxucusuna İndex.az oxuduğu üçün təşəkkür edir!