Elm və təhsil nazirliyindən TehsilForumu.Az- a verilən məlumata görə Elm və təhsil naziri Emin Əmrullayev 19 iyul tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 15 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta