AZ

Deşam: “Belçika ilə haqq-hesabı penaltilərə saxlamamalıyıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün 1/8 finalında Belçika yığmasına qarşı keçirəcəkləri oyun haqda fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz mümkün penaltilər silsiləsinə hazırlaşmalıyıq. Rəqiblərimiz haqqında müvafiq məlumatımız var və kimin nəyə qadir olduğunu da bilirik. Ancaq mənim vəzifəm – haqq-hesabın 11 metrlik zərbələrə gedib çıxmamasına çalışmaqdır.

Biz çempionatın yeni mərhələsinə, yarış daxilindəki yarışa qədəm qoyuruq. İndi ikinci imkanımız olmayacaq. Qrup mərhələsini adlamış komandalar evə gedənlərdən daha yaxşıdırlar. Bütün məsələ rəqib qapısı qarşısında fəsad yaratmaqdadır. Əgər qalib gəlmək istəyirsənsə, qol vurmalısan, biz isə bunu etməmişik”, deyə Didye Deşam vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Fransa – Belçika oyunu bu gün, iyulun 1-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Seçilən
249
arena.az

1Mənbələr