NATO Ukrayna səmasını izləmək üçün yenidən Polşada Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) təyyarələrini yerləşdirib.
Bu fikirlər "UK Defence Journal"da dərc olunan məqalədəndir.
NATO rəsmiləri iddia edir ki, bu qeyri-adi və mühüm təyyarənin Ukrayna sərhədində yerləşdirilməsi alyansın regionda mövcudluğunu daha da gücləndirəcək və alyans Rusiyanın hərbi fəaliyyətlərinə rahat şəkildə nəzarət edəcək.
"Rəsmi olaraq, toplanan istənilən kəşfiyyat məlumatları yalnız NATO ölkələrinə göndərilir. Lakin hamı bilir ki, bu ölkələrin bəziləri Ukrayna ilə məlumatı tez bir zamanda bölüşürlər. Bu da Kiyevə gələcək hücumlara qarşı plan cızmağa imkan verir. Beləliklə, Qərb kəşfiyyatı Ukraynaya proseslərə bir az da daha sürətli reaksiya vermək imkanı verir", - adının açıqlanmasını istəməyən zabit deyib.
Tural
News365.az