AZ

Xarici ölkələrdə nümayiş olunacaq filmlərimiz var, amma... - Kinoaktyor

“Bu birbaşa Mədəniyyət Nazirliyinə aid olan məsələdir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə Azərbaycan kinoaktyoru, dramaturq Kamran Ağabalayev diaspora təşkilatlarının dəstəyi ilə xarici ölkələrdə Azərbaycan filmlərinin nümayışı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Aktyorun sözlərinə görə, xarici ölkələrdə nümayiş olunacaq filmlərin sayı çoxdur:

“Sadəcə filmlərin əksəriyyəti müstəqildir. Bu səbəbdən filmləri ərsəyə gətirənlər onların xarici ölkələrdə nümayişini istəyəcəkmi? Bu artıq onların öz işləridir”.

K.Ağabalayev Azərbaycan filmlərinin xarici ölkələrdə nümayişini dəstəklədiyini qeyd edib:

“İstəməyənin gözü çıxsın, təki olsun”.

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
xezernews.az

1Mənbələr