AZ

ABŞ-dan əmək bazarı hesabatı

Ötən həftənin cümə günü proqnozlarla eyni səviyyədə açıqlanan FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (PCE) hesabatından sonra, cari həftənin cümə günü investorlar əmək bazarı, xüsusilə NFP, eləcə də, əmək haqqı hesabatından Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmağa nə vaxt başlaya biləcəyinə dair ipucları arayacaqlar. 

Fins.az xəbər verir ki, iqtisadçılar, əvvəlki ayda 272 min yeni iş yeri ilə ehtimal ediləndən daha böyük artımın əmək bazarının dayanıqlığını vurğulamasından sonra, iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda 189 min yeni iş yeri yarandığını proqnozlaşdırırlar. 

FED bu ayın əvvəlində faiz dərəcələrini dəyişməz saxladı və rəsmilər inflyasiyanın Federal Ehtiyyatlar Sisteminin hədəfinə doğru gerilədiyinə dair daha inandırıcı əlamətlər və ya əmək bazarının yavaşladığını göstərən yeni sübutlar axtardıqları üçün faiz endirimlərinin başlanmasını dekabr ayına qədər təxirə salmış ola bilər.

Bu həftə Orta Saatlıq Gəlirlər, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı məlumatlarından əvvəl açıqlanacaq “JOLTS” Vakansiyalar və Boş İşyerləri hesabatları, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı eləcə də, Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricilərinin açıqlanması gözlənilir. 

Cari həftə “Qurtuluş günü” ilə səbəbilə Amerikada qısa iş həftəsi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
fins.az

1Mənbələr