AZ

Bayden seçim qarşısında: Həyat yoldaşı müşavirləri qovmağı tələb etdi

ABŞ Prezidenti Co Baydenin ailəsi onun sabiq Ağ Ev rəhbəri Donald Trampla televiziya debatındakı uğursuzluğunda müşavirlərini günahlandırıblar.

Bu barədə “Politico” qəzeti üç anonim mənbəyə istinadən məlumat verib.

“Co Baydenin ailə üzvləri qapalı söhbətdə onun müşavirlərini tənqid edərək, prezidentin televiziya debatındakı uğursuzluğunda onları günahlandırıb və Baydendən onları işdən çıxarmağı, ya da vəzifələrini aşağı salmağı tələb ediblər”, – deyə məqalədə qeyd olunur.

Bayden ailəsinin iddiaları üç əsas məqama aiddir – prezidentin “hücuma keçmək” qabiliyyətinin olmaması, ikinci prezidentlik müddəti üçün planların müzakirəsi əvəzinə öz administrasiyasının işinin müdafiəsinə zəif diqqət yetirməsi və ümumi yorğunluq.

Hazırda ABŞ liderinin ailənin fikrini nəzərə alıb-almayacağı və məsləhətçilərinə qarşı hər hansı tədbir görüb-görməyəcəyi məlum deyil.

Qeyd edək ki, debat iyunun 28-nə keçən gecə baş tutub, tamaşaçıların üçdəikisi Trampı qalib adlandırıb, Bayden üçün isə respondentlərin yalnız üçdəbiri səs verib. Hazırkı prezident debat zamanı tez-tez çaşıb, aydın danışmayıb və çaşqın görünüb ki, bu da demokratlar düşərgəsində panikaya və siyasətçinin respublikaçı ilə rəqabət apara biləcəyinə şübhələrə səbəb olub. Baydenin həyat yoldaşının sözlərinə görə, o, bunun necə baş verdiyini anlamadığını etiraf edib və baş verənləri pis əhvali-ruhiyyə ilə izah edib.

Oxu.Az

Seçilən
160
50
medianews.az

10Mənbələr