“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçukun ilk seçimi ölkəsi Ukraynada təəccüblə və tənqidlə qarşılanıb.
Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssisin məşqçi korpusundakı heyəti birmənalı qarşılanmayıb. 59 yaşlı çalışdırıcının köməkçilərindən ikisi azərbaycanlı, biri latviyalı, biri italiyalı, biri isə belarusludur. Ukrayna mətbuatı həmyerlilərindən heç kimi özü ilə gətirmədiyi üçün Qriqorçuku qınayıb.
Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.