AZ

AİB Qırğızıstan iqtisadiyyatını dəstəkləmək üçün 50 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı Qırğızıstanda iqtisadi islahatları dəstəkləmək üçün 50 milyon dollar ayıracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, bu pul fiskal sistemi və dövlət idarəçiliyini təkmilləşdirmək üçün nəzərdə tutulub. Layihənin məqsədi ölkənin ekoloji cəhətdən təmiz texnologiyalara keçidinə və iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək, həmçinin gender perspektivlərinin büdcə proseslərinə inteqrasiyasını təkmilləşdirməkdir.

Bankdan verilən məlumata görə, maliyyələşdirməyə 43 milyon dollarlıq proqram krediti və 7 milyon dollar qrant daxildir.

Seçilən
53
operativmedia.az

1Mənbələr