AZ

Kameralı AirPods modelinin çıxış tarixi məlum olub!

     Son aylarda Apple-a yaxın mənbələri ilə tanınan Mark Gurman, Apple-ın kamera sisteminə sahib AirPods modeli üzərində çalışdığını bildirib. Digər bir Apple-a yaxın mənbələri ilə tanınan Ming-Chi Kuo isə Gurman-ın iddialarını təsdiqləyib və bu AirPods modeli üçün 2026-cı ildə kütləvi istehsala keçiləcəyini bildirib. Bu o deməkdir ki, Apple 2026 və ya 2027-ci ildə kamera sisteminə sahib ilk AirPods məhsullarını satışa çıxaracaq.     Kuo-nun mənbələrinə görə, Apple-ın yeni AirPods-larda istifadə edəcəyi kamera modulları Face ID-yə oxşar texnologiyadan istifadə edəcək və infraqırmızı şüalarla işləyəcək. Apple-ın bu məhsulu xüsusilə Vision Pro və gələcək Vision modelləri ilə inteqrasiya edəcəyi gözlənilir. İddialara görə, bu kamera modulları AirPods-un məkan audio təcrübəsini təkmilləşdirəcək. Bundan əlavə, hesabatda qeyd olunur ki, AirPods-dakı infraqırmızı kamera ətraf mühitdəki təsvir dəyişikliklərini aşkar edə və insan-cihazın qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq üçün yeni jest idarəetmələrini dəstəkləyə bilər. Kuo-ya bildirilib ki, şirkət yeni AirPod-larda istifadə edəcəyi kamera modulları üçün Foxconn ilə müqavilə bağlayıb və Foxconn, hər il 10 milyon AirPods üçün kameralar istehsal etməyə hazırdır.

Seçilən
120
technote.az

1Mənbələr